Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

"WhatsApp"dan YENİLİK: Bunu seçsəniz, foto və videolar YOX OLACAQ

"WhatsApp"dan YENİLİK: Bunu seçsəniz, foto və videolar YOX OLACAQ

Tarix: 13-07-2021, 08:44


Dünyanın ən populyar mesajlaşma tətbiqi olan "WhatsApp"da daha bir yenilik edilir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, tətbiq daxilində "iOS" ve "Android" istifadəçilərinə yoxa çıxan foto və video mesajları təqdim ediləcək.

İstifadəçilər yeni xüsusiyyət sayəsində foto və ya video mesaj göndərərkən "Bir dəfə bax" seçimini seçsələr, mesaj baxıldıqdan sonra həm göndərənin, həm də alıcının söhbətindən yox olacaq. Bu xüsusiyyət "Android" istifadəçilərinin qrup söhbətləri üçün də mövcud olacaq.

İstifadəçilər heç bir problem olmadan foto və video mesajların ekran görüntülərini də çəkə biləcəklər.

"WhatsApp"ın iyun ayının sonlarında "Android" istifadəçilərinə təklif etdiyi yeni xüsusiyyət "iOS" istifadəçiləri üçün cümə günü əlçatan olub. (publika.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR