Son Xəbər: Azərbaycan-Latviya sənədləri mübadilə edilib, Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir, Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO, Əli Əsədov Qazaxıstana səfər edib, Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək, Səfirlik: İsrail Azərbaycanla münasibətlərin möhkəmlənəcəyinə ümid edir, Bakıda internat məktəbinin yataqxanasında yanğın olub, Tramp blokada qaldırılsa, İranla razılaşmanın mümkün olmayacağını bildirib, Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb,

Zəngəzur dəhlizi daha qısa vaxtda istifadəyə verilə bilər

Zəngəzur dəhlizi daha qısa vaxtda istifadəyə verilə bilər

Tarix: 10-01-2022, 15:10

Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilib. Hazırda həmin hissə ilə yük qatarları hərəkət edir.

Mediabiz.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin proqnozlaşdırılandan daha tez reallaşmasına səbəb ola bilər:

"İlkin gözləntilərə görə, dəmir yolunun tam istifadəsi gələn il mümkün olacaq. Bununla belə, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işləri sürətlə aparıldığı üçün sözügedən nəqliyyat xətti daha tez istifadəyə verilə bilər. Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımından vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür. Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini daha da artırır. Daha geniş anlamda region ölkələrindən Türkiyə və Rusiya Böyük İyyirmiliyə üzv olan ölkələrdir. Söhbət 3 tirlyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir.

Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. İşlərin intensiv aparılması uzun müddət müzakirə olunan və region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin daha qısa zamanda reallığa çevrilməsinə gətirib çıxara bilər".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR