Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Mikayıl Cabbarov “Iveco Truck & Bus”ın regional direktoru ilə görüşdü

Mikayıl Cabbarov “Iveco Truck & Bus”ın regional direktoru ilə görüşdü

Tarix: 17-02-2022, 12:22

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Iveco Truck & Bus” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Roman Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Mediabiz.az xəbər verir ki, iqtisadiyyat naziri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, zəngin təbii resursları barədə məlumat verib, biznes üçün geniş imkanları vurğulayıb.

“Iveco Truck & Bus” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Roman Smirnov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri və investisiya planları barədə danışıb, şirkətin Azərbaycanda yaradılmış sənaye zonalarında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Tərəflər Sumqayıt Kimya Sənaye Parkında IVECO markalı avtobus və xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələlərini müzakirə ediblər.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR