Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Azərbaycandan bu ərzaq mallarının çıxarılması tənzimlənəcək - SİYAHI

Azərbaycandan bu ərzaq mallarının çıxarılması tənzimlənəcək - SİYAHI

Tarix: 18-03-2022, 21:55


Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərar imzalayıb.

Qərara əsasən müəyyən edilib ki, siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.
Bu Qərara əlavə edilən siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs “İnzibati icraat haqqında” qanuna uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə “İnzibati icraat haqqında” qanuna uyğun olaraq İqtisadiyyat Nazirliyinə təqdim edəcək.

İqtisadiyyat Nazirliyi siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciətə onun təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxacaq. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim ediləcək. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 (beş) iş günü müddətində əsaslandırılmış imtina məktubu təqdim ediləcək.

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Azərbaycandan bu ərzaq mallarının çıxarılması tənzimlənəcək - SİYAHI




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR