Son Xəbər: Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib, Məktəbdə işləmək istəyənlərin nəzərinə! - 84 vakansiya var, Baş Direktor NATO nümayəndələri ilə görüşüb, Zakir Həsənov türkiyəli generalla görüşdü - Fotolar, Ağadadaş Ağayev məhkəmədə: Azərbaycanın Xalq artisti kimi bunu özümə yaraşdırmıram - YENİLƏNİB, “Zurabişviliyə siyasi sığınacaq verməyə hazırıq”, Qərbin qərəzi: Uğursuz konfranslara yumulan gözlər COP29-da bərəldi - ŞƏRH, Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü, Azərbaycan COP16 Bürosuna üzv seçildi, Sabah hava necə olacaq?,

Bakıya olan ümidlər necə doğrula bilər - İNCƏLƏMƏ...

Bakıya olan ümidlər necə doğrula bilər - İNCƏLƏMƏ...

Tarix: 5-04-2022, 09:08

Rusiyanın Ukraynaya hücumundan 40 gün keçir. Bu müddət ərzində Rusiyaya qarşı Qərb ölkələri tərəfindən ən kəskin sanksiyalar tətbiq edilib. Lakin bütün gözləntilərə rəğmən, hələ də Rusiyanın enerjidaşıyıcılarına sanksiya tətbiq olunmayıb. Martın ortalarında Avropada Rusiyadan neft alışının dayandırılması planları açıqlanmağa başladı. Rusiya tərəfi mümkün sanksiyaların qarşısını almaq üçün Avropaya satılan qazın dəyərinin rublla ödənməsi tələbini irəli sürdü. Bu addımın nəticəsi özünü çox gözlətmədi: Avropa ölkələri Rusiyanın enerjidaşıyıcılarına sanksiya tətbiq etməyəcəklərini açıqladılar. Bu barədə ən son açıqlamanı iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni verib. O aydınlaşdırıb ki, Avropa Komissiyası Moskvaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər üzərində işləyir, lakin bunlara enerji sektoru daxil deyil: “İlk növbədə, biz bu sanksiyalardan yan keçmək imkanlarını məhdudlaşdırmağa çalışırıq”.

Bloombergin hesablamalarına görə, əgər Rusiyanın neft-qaz sektoruna embarqo tətbiq edilməzsə, 2022-ci il ərzində bu iki məhsulun satışından ötənilkindən 30 faiz çox - 321 milyard dollar gəlir əldə edəcək. Bu isə Moskvanın Ukraynada dağıntıları davam etdirməsi üçün yetər də, artar da...

Analitik mərkəzlərə görə, Avropanın Rusiya neftindən imtina etməsi əslində elə də çətin deyil: neft emalı zavodlarının başqa ölkələrin məhsuluna uyğunlaşması 3-4 həftə vaxt tələb edir. Digər tərəfdən, neftin başqa satıcılardan alınması prosesini də qısa müddətdə təmin etmək mümkündür. Lakin qazla bağlı bunu etmək hələ ki mümkün deyil. Avropa Komissiyasının tərtib etdiyi plana əsasən, 2022-ci il ərzində Rusiya qazından asılılıq 67 faiz azaldılmalıdır. Bu planı komissiya Rusiyanın Ukraynaya hücumu başlamazdan əvvəl - payızdan hazırlayırdı. Fevralın 24-dəki hücum onun üzərində işləri sürətləndirdi. Təsadüfi deyil ki, yanvar ayında Avropa Rusiyadan son on ildə ən az qaz almışdı. Yəni plan artıq işə salınıb. Nəticə isə özünü çox gözlətmir: bu ilin I rübündə Rusiyanın təbii qaz inhisarçısı “Qazprom” şirkətinin “mavi yanacaq” ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz az - 38,5 milyard kubmetr təşkil edib. Bu, ümumi göstəricidir - Avropa və Türkiyə birlikdə. Türkiyəyə verilən həcmdən kənarda Avropaya ixrac daha çox azalıb.

Eyni zamanda Rusiyanın gündəlik neft satışında da kəskin azalma var: 5 milyon bareldən 3,1 milyon barelə qədər.

Rusiya qazının ən böyük alıcısı olan Almaniya asılılığı azaltmaq istiqamətində təcili işlər görməyə başlayıb. Belə ki, ölkədə inşa olunan iki maye qaz terminalından biri - Vilhelmsfagendəki artıq 2022-ci ilin sonunadək LNG qəbuluna başlayacaq. Artıq 2023-cü ilin birinci rübündən etibarən Rusiya qazının 20 faizini, yayda isə 40 faizini bu terminal əvəz edə biləcək. Terminal 2023-cü ilin əvvəli üçün 18 milyard kubmetrə yaxın qazı qəbul etmək gücündə olacaq.

Mart ayında Almaniya Qətərlə LNG alqı-satqısı üzrə uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalayıb. Kansler Olaf Şolz bəyan edib ki, ölkəsi bu ilin sonunadək Rusiya neft və kömüründən asılılığı tam aradan qaldıracaq. Qazla bağlı asılılıq isə hələ bir neçə il davam edə bilər: “Lakin bu, çoxlarının gözlədiyinin əksinə olaraq, çox da uzun müddət tələb etməyəcək”.

Maraqlıdır ki, yalnız Avropa deyil, Rusiya ilə münasibətləri pozmamaq qərarı verən Türkiyə də bu ölkədən qaz asılılığını aradan qaldırmaq, qaz təchizatını diversifikasiya etmək istiqamətində addımlar atır. Bu baxımdan, İsraillə Türkiyə arasında ciddi anlaşmalar qeydə alınmaqdadır. İki ölkə İsrailin nəhəng “Leviafan” qaz yatağından Türkiyə və onun üzərindən Cənubi Avropaya qaz kəmərinin çəkilməsi layihəsini sandıqdan çıxarmaq qərarına gəliblər. “Reuters”in yüksək ranqlı Tükriyə rəsmisinə istinadən yazdığına görə, bu layihə ilə bağlı danışıqlar İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə səfərindən sonra başlayıb. Mənbə bildirib ki, yaxın aylarda boru kəmərinin marşrutu və icra edəcək şirkətlərlə bağlı yekun qərar veriləcək.

Qeyd edək ki, İsrail-Livan sərhədində yerləşən “Leviafan” yalnız İsrail deyil, İordaniya və Misiri də qazla təmin edir. Yatağı ABŞ-ın “Chevron” və İsrailin “NewMedEnergy and Ratio Oil” şirkətləri işləyirlər. 2023-cü ilin sonunadək yataqdan hasilatı ildə 12 milyard kubmetrdən 21 milyard kubmetrə qaldırmağı hədəfləyirlər.

Türkiyənin illik 50 milyard kubmetrlik qaz idxalının mühüm hissəsi Rusiyadan reallaşır. İldə 10 milyard kubmetr İrandan, orta hesabla 7-8 milyard kubmetr isə Azərbaycandan alınır.

İsraildəki mənbələrin “Reuters”ə dediyinə görə, “Leviafan”dan çəkiləcək qaz kəmərinin uzunluğu 500-550 km, dəyəri isə 1,5 milyard avro olacaq. Kəmər ya Kipr, ya da Suriya sularından keçməklə çəkiləcək. Ekspertlər hər iki variantı Türkiyə ilə münasibətlər üzündən reallaşması çətin görünən hesab edirlər.

Düzdür, Qərbin sanksiyalarına qoşulmayan Türkiyədə Rusiyadan qaz idxalında problem olmayacağını gözləyirlər. Türkiyənin xarici işlə naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya qazı ölkənin tələbatının 40 faizini təmin edir. Rusiyadan idxalda çətinlik gözlənilməsə belə, ölkə qaz təchizatını diversifikasiya etmək niyyətindədir: “Türkiyə bu məsələdə mühüm nəticəyə 2023-cü ildə - Sakarya yatağından qaz daxili şəbəkəyə ötürülməyə başlandıqda nail olacaq”.

Avropanın digər ölkəsi - İtaliya da Rusiyadan qaz alışını ölkə iqtisadiyyatını təhdid etməyəcək həddə qədər azaltmağı hədəfləyir. Bu məqsədlə həm Əlcəzairdən gələn boruların nəql gücünün artırılması, həm İspaniyadan yeni kəmərin çəkilməsi, həm də Azərbaycandan daha çox qaz alınması gündəmə gətirilib. İtaliya İspaniyadan yeni qaz kəmərinin tikintisi imkanlarını nəzərdən keçirir. “Reuters”in yazdığına görə, iki ölkənin baş nazirləri Mario Draqi və Pedro Sançes arasında kəmərin ən qısa müddətdə çəkilməsi ilə bağlı razılıq əldə olunub. Qeyd edək ki, İspaniya Avropada mayeləşdirilmiş təbii qazın (LNG) reqazifikasiyası (yenidən qaz formasına çevrilməsi - red.) üzrə ən böyük gücə malikdir. Lakin onun sonra Fransaya və digər ölkələrə nəqli mövcud qaz kəmərlərinin ötürmə güclərinin yetərli olmadığından məhduddur. Məhdudiyyəti aradan qaldırmaq üçün İspaniyadan həm Fransaya, həm də İtaliyaya qaz kəmərlərinin çəkilməsi prosesinə start verilib.

İtaliyanın baş naziri Mario Draqinin sözlərinə görə, İtaliya Rusiya qazının 30-40 faizini dərhal əvəz edə biləcək, lakin qalan həcmlərlə bağlı çətinliklər var. Həmin çətinlikləri aradan qaldırmağın bir yolu da Azərbaycandan qaz idxalını artırmaqdan keçir. Buna nail olmaq isə qısamüddətli dövrdə mümkün deyil. Belə ki, Azərbaycan qazını İtaliyaya çatdıran TransAdriatik Boru Kəmərinin indiki ötürücülük gücü ildə 10 milyard kubmetrdir. Qısa gücləndirmə prosesi ilə onu 11 milyarda çatdırmaq olar. Kəmərin layihədə nəzərdə tutulan maksimum gücə - 20 milyard kubmetrə çatdırılması isə ən yaxşı halda 2 ilə mümkündür.

Aprelin 1-də İtaliyanın XİN başçısı Luici Di Mayo Bakıya gəlib. Səfər çərçivəsində italiyalı naziri Prezident İlham Əliyev qəbul edib. Prezident Azərbaycanın İtaliyanın neft təchizatında birinci yeri tutduğunu vurğulayıb: “Enerji əməkdaşlığında yeni imkanlar var. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik. İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik. Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox olacaqdır”.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşən Luici Di Maio TAP-ın genişləndirilməsi üzrə fəaliyyətə başlamağın vacibliyini qeyd edib. TAP ilə Avropaya artıq 10 milyard kubmetr Azərbaycan qazının çatdırıldığını vurğulayan P.Şahbazov bildirib ki, böyük qaz resurslarının mövcudluğu, təbii qazın enerji keçidində mühüm rolu və qaz təchizatı mənbələrinin şaxələndirilməsinə artan maraq TAP-ın genişləndirilməsinə imkan yaradır: “Hazırkı artım tempinin davam edəcəyi təqdirdə bu ilin sonuna qədər İtaliyaya uzunmüddətli və spot müqavilələr əsasında qaz ixracımızın 9,5 milyard kubmetrə çatacağını gözləyirik. TAP-ın genişlənməsi isə yalnız İtaliyanı deyil, Avropanın digər ölkələrini də daha çox təbii qazla təmin edə bilər. Ona görə də maraqlı tərəfləri bu prosesdə fəal iştiraka dəvət edirik”.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqlini artırmaq üçün hasilatı gücləndirməlidir. Buna görə də “Şahdəniz”lə yanaşı digər yataqlarda da hasilatın artırılması gündəmdədir. Məsələn, bu il “Ümid” yatağından hasilatın keçən ilə nisbətən 17,4 faiz artırılmaqla 1 309 000 min kubmetrə çatdırılması nəzərdə tutulur. Eyni zamanda ölkəmiz svop müqaviləsi əsasında İran üzərindən Türkmənistan qazı da almaqdadır...
“Yeni Müsavat”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR