Son Xəbər: Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq, "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB, Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək, Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ, Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək, Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib, İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib, İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb,

"Artıq tənha, ailə qurmadan yaşamaq meyilləri güclənir" - Komitə sədri

"Artıq tənha, ailə qurmadan yaşamaq meyilləri güclənir" - Komitə sədri

Tarix: 23-10-2019, 13:57

Orta əsrlərdə dinin bütün sahələrə təsir göstərdiyini görə bilərik, amma bu gün dünyada din bu dərəcədə nüfuza malik deyil, yəni dövlətlərin idarəçiliyinə, cəmiyyətdaxili münasibətlərə o qədər ciddi təsir etmir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, hazırda din-cəmiyyət münasibətinə, fərdlərin dinə münasibətinə nəzər saldıqda ilk növbədə 21-ci əsrin çağırışları və təhdidləri üzərində dayanmaq lazımdır: "Bu əsrin çağırışları və təhdidləri əvvəlki əsrdən fərqlənir. 21-ci əsrdə informasiya texnologiyalarının inkişafı müəyyən təhdidlər də ortaya qoyur. İndi planetdə insanların sayı 7,8 milyard nəfərə çatır. Dünyada baş verən artım müəyyən problemləri ortaya çıxarır. Bu amil təbii resurslarda, su, qida ehtiyatlarında çatışmazlıqlar yaradır. Buna görə də hazırda 2 milyarda yaxın insan gündəlik qida rasionuna olan tələbatını ödəyə bilmir, yəni yarıac vəziyyətdədir. Bütün bunlar insanların kütləvi şəkildə miqrasiyasına səbəb olur ki, bu da dünya üçün müəyyən təhdidlər yaradır".
M.Qurbanlı əlavə edib ki, ailə münasibətlərində də ciddi dəyişikliklər baş verib: "Artıq tənha, ailə qurmadan yaşamaq meylləri güclənir. Bu da müəyyən problemlər yaradır. Hazırkı dünyada bütün bu problemlər insanların inanclarına öz təsirini göstərir. Xristian cəmiyyətlərinə aid olan ölkələrdə insanların dinə münasibətində dəyişikliklər baş verib. Əgər 100 il əvvəl insanların kilsələrə kütləvi getməsi müşahidə edilirdisə, indi bu, özünü göstərmir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR