Son Xəbər: Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub, Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL, İmişlidə zəlzələ olub, Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir, İlham Əliyev Donald Trampı təbrik edib, Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər, Neftin qiyməti 72 dolları ötüb, DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib, İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub,

“AzerTelecom” və “Kazakhtelecom” TransXəzər layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb

“AzerTelecom” və “Kazakhtelecom” TransXəzər layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb

Tarix: 28-09-2022, 17:49

 

Astana şəhərində baş tutan “Digital Bridge” beynəlxalq texnoloji forum çərçivəsində Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə Fiber-Optik Rabitə Xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.

Tərəflər əmindirlər ki, sənəd hər iki ölkənin rəqəmsal infrastrukturunun inkişafı sahəsində gələcək əməkdaşlıq üçün stimul rolunu oynayacaq, əlçatanlıq baxımından yeni bazar imkanlarının, eləcə də iki ölkədə şəbəkələrin ötürmə imkanlarının artırılmasına töhfə verəcək.

Sənəd Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində iki operator arasında strateji tərəfdaşlığı nəzərdə tutur. Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin tərkib hissəsidir.

Telekommunikasiya operatorlarının nümayəndələri beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi sahəsində ikitərəfli biznesin gələcək inkişafında, hər iki ölkənin rəqəmsal transformasiyası və rəqəmsal infrastrukturunun daha da inkişaf etdirilməsində ikitərəfli əməkdaşlığın stimullaşdırılması imkanlarında maraqlı olduqlarını bildiriblər.

“Rəqəmsal infrastruktur layihəsi - “Rəqəmsal İpək Yolu”nun tərkib hissəsi olan Transxəzər Fiber-Optik Rabitə Xətti çərçivəsində şirkətlərimiz arasında əməkdaşlıq bizə tranzit imkanlarımızı genişləndirməklə yeni satış bazarlarına çıxmaq üçün imkanlar açacaq. Həmçinin, bu əməkdaşlığın köməyi ilə biz ölkələrimizdə istehlakçılara telekommunikasiya xidmətlərinin göstərilməsinin etibarlılığını daha da artıra biləcəyik”, - deyə “AzerTelecom” şirkətinin əməliyyatlar üzrə baş direktoru Sergey Nazarenko bildirib.

“Bu gün bizim üçün birgə vəzifələrin və maraqların həlli istiqamətində ən optimal düstur birbaşa münasibətlər qurmaqdır. “AzerTelecom” ilə birgə fəaliyyət məlumat, qabaqcıl təcrübə mübadiləsini və birgə layihələrin təşviqini nəzərdə tutur. Bütün bunlar, öz növbəsində, hər iki ölkədə internet şəbəkələrinin əlçatanlığı və ötürmə qabiliyyətinin artırılması baxımından yeni bazar imkanlarının inkişafına töhfə verəcək”, - deyə “Kazakhtelekom” SC-nin İdarə Heyətinin sədri Kuanışbek Yesekeyev bildirib.

“NEQSOL Holding”in tərkibinə daxil olan «AzerTelecom» Azərbaycanın aparıcı rabitə operatorudur və ölkənin beynəlxalq internet şəbəkəsinə qoşulmasını təmin edir.

«Kazakhtelecom» Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli rabitə operatoru statusuna malikdir.
“AzerTelecom” və “Kazakhtelecom” TransXəzər layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR