Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Bakıda məcburi eniş edən təyyarədəki sərnişin öldü

Bakıda məcburi eniş edən təyyarədəki sərnişin öldü

Tarix: 5-06-2023, 11:05

 
Bakıda təcili eniş edən təyyarədəki sərnişin Mərkəzi Klinikada vəfat edib. 

Bu barədə Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı müəyyən edilib ki, Çin Xalq Respublikasının Honkonq şəhərində anadan olmuş, həm Çin Xalq Respublikasının, həm də Böyük Britaniya Krallığının- ikili vətəndaşlığı olan, Tsang Yau Keung mayın 29-da Honkonq şəhərindən Böyük Britaniya Krallığına getmək üçün təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib. Təyyarə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanına məcburi eniş edib və daha sonra Tsang Yau Keung təcili tibbi yardımın müşayəti ilə Mərkəzi Klinikaya yerləşdirilib.

Xəstəxanada müayinə zamanı 1962-ci il təvəllüdlü Tsang Yau Keungun ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyən edilib və ona Mərkəzin reanimasiya şöbəsində ürəyin arotraxd tubla urtubasiya olunmasına və digər tibbi yardım səylərinə baxmayaraq o, Mərkəzin reanimasiya şöbəsində iyunun 3-ü saat 08:00-da ölüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR