Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Bakıda daha 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir

Bakıda daha 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir

Tarix: 29-03-2020, 15:52

Xüsusi karantin rejimin gücləndirilməsi işləri çərçivəsində metro stansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar, Bakı Nəqliyyat Agentliyi tərəfindən 5 əlavə xüsusi ekspres marşrut xətləri təşkil edilir.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata əsasən, məqsəd, ilk növbədə həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.
Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə "BakuBus" MMC-nin istismarında olan avtobuslar cəlb ediləcək. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar 30.03.2020-ci il tarixindən xidmətə başlayacaq.
Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin təlabatına uyğun interval ilə xidmət göstərəcək.
Təşkil olunacaq ekspres xətləri
1. M3 Koroğlu m/st - 28 May m/st.
2. M4 20 Yanvar m/st - S.Vurğun bağı
3. M5 Koroğlu m/st - 20 Yanvar m/st
4. M6 Əhmədli m/st - S.Vurğun bağı
5. M7 İnşaatçılar m/st -N.Nərimanov m/st.
M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xəttlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.
Eyni zamanda, bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir.
Sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR