Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Avtomobil qiymətləri UCUZLAŞDI

Avtomobil qiymətləri UCUZLAŞDI

Tarix: 5-08-2023, 10:20

"Hazırda mövsümlə əlaqədar Azərbaycanın ikinci əl avtomobil bazarında aktivlik azalıb. Adətən hər il iyul ayının ortalarına qədər bazarda fəallıq olur, amma həmin vaxtdan avqustun 20-nə qədər aktivlik ciddi şəkildə azalır".

Bu sözləri Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov səsləndirib.

Ekspert bazarda köhnə avtomobillərin qiymətinin sonuncu dəfə aprel və may aylarında bahalaşdığını diqqətə çatdırdı.

Onun sözlərinə görə, hazırda qiymətlər stabildir:

"Hətta qiymətlər fevral-mart aylarındakı səviyyəsinə düşüb. Bahalaşma əsasən ölkəyə yeni daxil olan avtomobillərdə müşahidə olunur. Avqustun ortalarından etibarən qiymətlərin 3 faizə qədər bahalaşacağı gözlənilir ki, bu da daxili bazarla əlaqədardır. Belə ki, avtomobil sənayeçiləri ehtiyat hissələrinin və daşınma xidmətlərinin bahalaşması ilə əlaqədar olaraq, qiymətləri qaldırırlar".

Müsahibimiz qeyd etdi ki, "Utilizasiya haqqında" qanun qəbul olunduqdan sonra ikinci əl avtomobillərin qiyməti sabit saxlanılacaq:

"İstehsal ili bir qədər köhnə olan, yəni 1980-ci illərin avtomobillərində kəskin ucuzlaşma ola bilər".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR