Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

WhatsApp-da koronavirusa görə yeni funksiya işə düşdü

WhatsApp-da koronavirusa görə yeni funksiya işə düşdü

Tarix: 28-04-2020, 22:39

WhatsApp messencerində qrup şəklində audio-video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit artırılıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hazırda qrupa 4 deyil, 8 nəfər qoşula bilər. Daha əvvəl bu funksiya test versiyalarda mümkün olub. Onun aktivləşməsi üçün tətbiqetməni yeniləmək lazımdır.
İştirakçıları qrupa əlavə etmək ardıcıllığı əvvəlki kimidir: "Yeni qrup yarat", "Formatı seç" (audio, video) və "Lazımi istifadəçiləri daxil et".
Qrup söhbətlərində istifadəçi sayının artırılması zərurəti koronavirus pandemiyası ilə əlaqələndirilib. Şirkətdən verilən açıqlamada deyilir:
“Pandemiya səbəbindən çoxları dostlarından və ailəsindən uzaq qalıb. Bu səbəbdən istifadəçilər daha çox audio və video zənglərdən istifadə etməyə başlayıb. Bu səbəbdən qrup söhbətləri üçün istifadəçilərin sayı artırıldı”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR