Son Xəbər: Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib, Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək, Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib, İlham Əliyev Türkiyəyə işgüzar səfər edib, Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik", “Teleradio”ya yeni rəhbər təyin edilib, Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib, "Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti, Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb,

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Tarix: 18-04-2025, 09:33

Azərbaycan neftinin qiyməti 69 dolları keçib


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,88 ABŞ dolları, yaxud 1,28 % artaraq 69,34 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 68,45 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,9 ABŞ dolları və ya 1,35 % artaraq 67,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR