Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanda soyuq hava nə qədər davam edəcək? - AÇIQLAMA

Azərbaycanda soyuq hava nə qədər davam edəcək? - AÇIQLAMA

Tarix: 11-05-2020, 17:27


"Qeyri-sabit keçən hava şəraiti iqlim dəyişikliyi ilə bağlıdır".

Bu sözləri  Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. O qeyd edib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraitinin səbəbi təbiətdə gedən iqlim dəyişikliyidir:

"Bəzən buna qlobal istiləşmə deyilsə də, bu yanlış termindir. İqlim dəyişikliyi nisbətən isti olan bölkələrdə yağışların artmasına, soyuq ərazilərdə isə havaların isti və mülayim keçməsinə səbəb olur. Diqqət etsək görərik ki, hazırda Bakıda və Abşeron yarımadasında hava mülayim, Mərkəzi Aran rayonlarında isə soyuq və tutqundur”.  
Telman Zeynalov bildirib ki, iqlim dəyişikliyi bəzi yerlərdə quraqlığın yaranmasına səbəb ola bilər:
“Düzdür, Azərbaycanı quraqlıq gözləməsə də, Rusiyanın bəzi bölgələrində iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq yaşana bilər. Yuxarıda da dediyim kimi, isti olan yerlərdə havaların soyuq, nisbətən soyuq olan yerlərdə havaların isti keçməsi, təbiətdəki balansı poza bilər”.
Ekoloq bildirib ki, iqlim dəyişikliyi Günəş və Yer kürəsindən asılı olan bir haldır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR