Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Mütəxəssislər mobil telefonların dezinfeksiyası ilə bağlı tövsiyələr verib

Mütəxəssislər mobil telefonların dezinfeksiyası ilə bağlı tövsiyələr verib

Tarix: 14-05-2020, 23:16

“Samsung” şirkəti rəsmi saytında koronavirus pandemiyası dövründə mobil cihazların dezinfeksiyasına dair tövsiyələr dərc edib.
REN TV xəbər verir ki, məlumatda smartfonların gün ərzində azı bir dəfə dezinfeksiya edilməsi məsləhət görülür.
Şirkətin tədqiqatçıları qeyd edir ki, viruslar metal və plastik səthlərdə azı 2-3 gün yaşaya bilir.
Aparılan araşdırmaların nəticələrinə görə, istifadəçilər hər gün orta hesabla 52 dəfə smartfona toxunur. Üstəlik, mobil cihazı yaxın məsafədən istifadə edərkən virusların insana ötürülmə intensivliyi yüksək olur.
Mobil cihazların nazik lifli parçaya hopdurulmuş spirt və distillə edilmiş su ilə təmizlənməsi tövsiyə olunur. Təmizləmədən əvvəl cihaz söndürülməlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR