Son Xəbər: Ramil Həsən mandatının ləğvi üçün MSK-ya müraciət edib - RƏSMİ, Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir, Rusiyanın Kiyevə gecə saatlarında endirdiyi zərbələr nəticəsində 12 nəfər yaralanıb, İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki "Millət" sarayına gəlib, Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq, İsrail yenidən Qəzza zolağına zərbə endirib, Nobelə Trampın namizədliyi irəli sürüldü, Hava yenidən dəyişəcək - Güclü küləklə bağlı xəbərdarlıq edildi, Bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib - Putin, Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb,

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Tarix: 22-08-2025, 09:20

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,84 % artaraq 69,48 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 68,13 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,86 % artaraq 67,94 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR