Son Xəbər: Onlayn qumar oyunlarında bank kartlarının alqı‑satqısını həyata keçirən dəstə üzvləri saxlanıb - VİDEO, Tbilisidə 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb, Orada hər həftə təxminən 7 min nəfər həlak olur - FACİƏ, Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! - XƏBƏRDARLIQ, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib, Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb, Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"la, "Zirə" "Sumqayıt"la üz-üzə gələcək, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib - SƏRƏNCAM, Müəllimlərin maaşının artırılması üçün təkliflər təqdim edəcəyik, Pakistanda son 24 saat ərzində ikinci partlayış baş verib, ölənlər var,

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb

Tarix: Bugün, 10:29

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları, yaxud 1,6 % artaraq 67,84 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 66,65 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları və ya 1,62 % artaraq 65,88 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR