Son Xəbər: TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq, Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşəcək, Rusiyada ağır yol qəzası baş verib, ölən və yaralananlar var, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq, Maaşlarımızdan bu qədər vergi tutulacaq, Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib, Bəylər Eyyubovun təyinatı barədə xəbər TƏSDİQLƏNDİ, Onlayn qumar oyunlarında bank kartlarının alqı‑satqısını həyata keçirən dəstə üzvləri saxlanıb - VİDEO, Tbilisidə 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb, Orada hər həftə təxminən 7 min nəfər həlak olur - FACİƏ,

Maaşlarımızdan bu qədər vergi tutulacaq

Maaşlarımızdan bu qədər vergi tutulacaq

Tarix: Bugün, 09:15

Maaşlarımızdan bu qədər vergi tutulacaq

“Bu günlərdə Vergilər Məcəlləsinə yeni dəyişiklik çox müzakirə edilir. Əsasən də özəl sektorda 2500 qədər olan maaşlara 3%verginin tətbiq edilməsi müzakirə edilir”.

Bunu iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.

O, bəzi KİV-də 1000 manat olan maaşlardan 30 manat vergi tutulacağı haqda xəbər yayıldığını, lakin bu səhv olduğunu qeyd edib:

“Belə ki, hazırkı dəyişiklik Vergilər Məcəlləsinin 102.1.6-ci maddəsinin tələblərini yenidən tətbiq etməyə imkan verir. 

Həmin maddənin tələbinə əsasən fiziki şəxslərin gəlirləri ayda 2500 manat olduqda, 200 manat olan hissəsi vergi tutulmasından azaddır.

Yəni ki, 1000 manat maaş alan insan 30 manat deyil, 24 manat vergi ödəyəcək: 1000 manat - 200 manat = 800 manat X 3%= 24 manat.

Həmin maddənin tələbi, ödəniləcək verginin 6 manat azalmasına imkan verir. 2500 manat maaş alan şəxs isə 75 deyil, 69 manat vergi ödəməli olacaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR