Son Xəbər: Danışıqlarda İranı onlar təmsil edəcək, İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular, Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq, Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb, MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir, Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb, MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək, Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub, Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb, Vüsal Hüseynov BMT rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlığı müzakirə edib,

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb

Tarix: 10-02-2026, 09:42

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,72 % artaraq 71,21 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 72,11 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,53 ABŞ dolları və ya 0,78 % artaraq 68,72 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR