Son Xəbər: Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir, Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib, Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq, Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib, İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI, İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib, DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar, "EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb, Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var,

Azərbaycan nefti 3 %-dən çox ucuzlaşıb

Azərbaycan nefti 3 %-dən çox ucuzlaşıb

Tarix: 8-05-2026, 10:02

Azərbaycan nefti 3 %-dən çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,44 ABŞ dolları və ya 3,16 % azalaraq 105,55 ABŞ dolları təşkil edib.


Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.


Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 100,59 ABŞ dolları təşkil edib.


Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,42 ABŞ dolları və ya 3,23 % azalaraq 102,46 ABŞ dolları təşkil edib.


Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR