Son Xəbər: Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq, Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir, Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb, Hindistan Rusiya diplomatını XİN-ə çağırıb, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk, Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir, Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib, Tramp: İranın hələ də raket və dron ehtiyatı var, DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli, ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib,

SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"

SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"

Tarix: 2-06-2026, 09:40

 
Qlobal enerji bazarında etibarlı təchizat mənbələrinə tələbatın yaxın illərdə daha da artacağı gözlənilir.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunmuş "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə bildirib.

Onun sözlərinə görə, buna əsas səbəblərdən biri enerji təchizatındakı fasilələr və ölkələrin daha etibarlı mənbələrə yönəlməsidir: "Digər mühüm amil isə süni intellekt texnologiyalarının və məlumat emalı mərkəzlərinin sürətlə inkişaf etməsi nəticəsində enerji tələbatının artmasıdır. Süni intellekt və data mərkəzlərinin enerji istehlakına təsiri getdikcə artır. Tələbatın hansı həddə çatacağını indidən dəqiq proqnozlaşdırmaq çətin olsa da, bu tendensiya artıq özünü göstərir".

SOCAR prezidenti vurğulayıb ki, şirkət artan tələbatı qarşılamaq üçün xarici ölkələrdə upstream layihələrə investisiyalar yatırır, eyni zamanda təchizat mənbələrini şaxələndirir: "Şirkətin əsas məqsədi müştəriləri üçün etibarlı tərəfdaş olaraq qalmaq və gələcəkdə daha da artacaq enerji tələbatını qarşılamaqdır. Bu məqsədlə SOCAR hasilat portfelini genişləndirir və yeni beynəlxalq layihələrdə iştirakını artırır. Şirkət Kot-divuardakı "Baleine" layihəsində 10 %-lik pay əldə edib. Bundan əlavə, SOCAR uzun müddətdir ki, Birləşmiş Ərəb Əmirliklərində həyata keçirilən layihələrdə iştirak edir və beynəlxalq fəaliyyətini daha da genişləndirir".

"SOCAR-ın strategiyası yalnız mövcud hasilat həcmlərinə əsaslanmır. Biz artan tələbatı qarşılamaq üçün yeni mənbələr və layihələr hesabına istehsal portfelimizi genişləndiririk", – deyə R. Nəcəf əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR