Son Xəbər: Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq, Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı, Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib, İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb, Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək, Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib, Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır, Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb, UEFA reytinqi: "Sabah" Azərbaycanın əmsalını daha da artırıb,

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Tarix: Bugün, 09:55

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,22 ABŞ dolları və ya 6,42 % artaraq 86,51 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,56 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,79 ABŞ dolları və ya 6,11 % artaraq 83,15 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR