Son Xəbər: Prezident onları təltif etdi - Siyahı, Azərbaycanda superkompüter mərkəzi yaradılacaq, Azərbaycanın media nümayəndələri Xivədəki Prezident məktəbini ziyarət ediblər, Azərbaycanda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur, ICESCO-nun Baş direktoru Prezidenti Zəfər Günü münasibəti ilə təbrik edib, Azərbaycanda süni intellekt üzrə beynəlxalq bazar təhlil olunub, əsaslı çatbotlar hazırlanır, Pakistan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycanla BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqlənib, DTX tərəfindən həbs edilmiş, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb, 2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib - YENİLƏNİB,

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 32 dərəcə isti olacaq

Tarix: 2-06-2020, 13:29

Azərbaycanda iyunun 3-nə gözlənilən hava şəraiti açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. 
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə olacaq. 
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
İyunun 3-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR