Son Xəbər: Prezident Mərakeş Kralını təbrik etdi, Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb, Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb, CHP-li bələdiyyə sədri saxlanıldı, Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır, Bakının bəzi ərazilərində işıq kəsiləcək, Magistratura imtahanının nəticələri elan olunub, Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib, Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH, İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib,

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Tarix: Bugün, 10:50

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,97 ABŞ dolları və ya 7,64 % artaraq 98,19 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 91,2 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,23 ABŞ dolları və ya 8,32 % artaraq 94,12 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR