Son Xəbər: İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib, 2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb, Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib, Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb, İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib, Xalq şairi Nəriman Həsənzadə vəfat edib, Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq, Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib, Magistratura üzrə plan yerləri niyə boş qalıb?,

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

Tarix: Bugün, 10:12

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,29 ABŞ dolları və ya 3,33 % artaraq 101,87 ABŞ dolları təşkil edib.

Bu barədə  neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 96,57 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,39 ABŞ dolları və ya 3,6 % artaraq 98,25 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR