Son Xəbər: MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır, Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib, Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək, Azərbaycan nefti cüzi bahalaşıb, Sabah yağış yağacaq, güclü külək əsəcək, Sabah Astarada qaz olmayacaq, Litvanın Baş naziri İlham Əliyevə zəng edib, Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb, Tatarıstan dron hücumuna məruz qalıb, ölənlər var, Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var,

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb

Tarix: Bugün, 14:25

 
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları və ya 0,6 % artaraq 93,93 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 89,19 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,65 ABŞ dolları və ya 0,72 % artaraq 90,95 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR