Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Siqaret çəkənlərin koronavirusa tutulma "şans"ı azdır - TƏDQİQAT

Siqaret çəkənlərin koronavirusa tutulma "şans"ı azdır - TƏDQİQAT

Tarix: 3-06-2020, 09:12

İsrail alimləri siqaret çəkənlərdə koronavirus riskini öyrənmək məqsədilə 3 milyon insan arasında COVİD-19 testindən keçənlərin nəticələrini yoxlayıblar.

APA-nın xəbərinə görə, “Daily Mail” ölkənin ən böyük tibbi xidmət təminatçısı olan “Clalit Health Services”ə istinadən xəbər verir ki, testdən keçən 114500 pasientin cəmi 4537 nəfərində nəticələr müsbət olub.

Doktor Ariel İsrailin rəhbərlik etdiyi tədqiqatın nəticəsinə görə, nikotin həvəskarlarının koronavirusa tutulma "şans"ı, demək olar ki, iki dəfə az olub.

Tədqiqat qrupunun rəhbəri araşdırmaların nəticələrini "heyrətamiz" adlandıraraq siqareti koronavirusa qarşı "əsl qoruyucu effekt" kimi qiymətləndirib.

Qeyd edək ki, nikotinin koronavirusa təsirilə bağlı israilli həmkarları ilə razılaşmayan elm adamları da var. Məsələn, Çin və İngiltərədə alimlər hesab edirlər ki, siqaret çəkənlər koronavirusa yoluxsalar, bu xəstəliyi siqaret çəkməyənlərə nisbətən daha ağır formada keçirərlər. Onlar keçirdiyi tədqiqatlar zamanı İsrail alimlərinə nisbətən az nümunələrdən istifadə etsələr də, öz fikirlərində israrlıdırlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR