Son Xəbər: Sabah bəzi rayonlarda leysan olacaq, Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib, Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər, Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır, UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq, Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik, Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu, Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb, Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb, Sabah dörd şəhər və rayonda qaz olmayacaq,

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

Tarix: Bugün, 10:21

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,27 ABŞ dolları və ya 3,58 % artaraq 94,58 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 92,72 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,69 ABŞ dolları və ya 3,05 % artaraq 90,89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR