Son Xəbər: Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək, Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır, Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var, Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir, Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var, Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb, Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib, İlham Əliyev Sərəncam İMZALADI, Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib, İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib,

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Tarix: Bugün, 09:51

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,22 ABŞ dolları və ya 5,49 % artaraq 119,54 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 120,31 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,68 ABŞ dolları və ya 5,17 % artaraq 115,55 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR