Son Xəbər: Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib, Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb, Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib, UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq, Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib, İlham Əliyev Məsud Pezeşkiana zəng edib, FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib, KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH, Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib, Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb,

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Tarix: Bugün, 10:11

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,97 ABŞ dolları və ya 0,79 % azalaraq 122,49 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 124,02 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,13 ABŞ dolları və ya 0,97 % azalaraq 115,68 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR