Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

“WhatsApp”da bir neçə YENİ FUNKSİYA

“WhatsApp”da bir neçə YENİ FUNKSİYA

Tarix: 2-07-2020, 16:50

Populyar “WhatsApp” messencerinin tərtibatçıları mütəmadi olaraq mobil kliyent üçün yeniləmələr çıxarırlar.

“ICTnews” xəbər verir ki, növbəti yeniləmə sayəsində “WhatsApp” messencerində bu və ya digər emosiyaları ifadə etməyə imkan verən animasiyalı stikerlər istifadəyə verilib.

Şirkət əvvəllər sınaqdan keçirilmiş bir sıra stikerlər çıxarıb. Bundan başqa, mobil proqramın masaüstü versiyasında qara rəng sxemi əlçatandır.
Yenilənmiş “WhatsApp” messencerində, həmçinin QR kodlardan istifadə senarisi xeyli genişləndirilib: məsələn, şəxsi kodu skan etmək yolu ilə istifadəçinin tez bir zamanda əlavə edilməsi imkanı reallaşdırılıb. Messencerin komandası iddia edir ki, bu alqoritm ənənəvi axtarış sistemindən daha sürətli işləyir.
İstifadəçilər üçün təkmilləşdirilmiş videozəng funksiyası da əlçatan olub. İndi videokonfransda 8-dək insan iştirak edə bilər. Proqramın interfeysi bir toxunuşla videoseans iştirakçılarından istənilən birinin yaxınlaşdırılması funksiyasını nəzərdə tutur. Və nəhayət, “WhatsApp” messenceri “KaiOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən düyməli telefonlar üçün daha yaxşı uyğunlaşdırılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR