Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Hakerlər smartfonları uzaqdan partlatmağı öyrəniblər

Hakerlər smartfonları uzaqdan partlatmağı öyrəniblər

Tarix: 18-07-2020, 12:16


Hakerlər telefon şarj cihazlarını uzaqdan yandırmağı öyrəniblər.

“cnTechPost”un məlumatına görə, bu barədə “Tencent Security Xuanwu Lab”ın apardığı araşdırmadan sonra məlum olub.

Proqram təminatındakı zəiflik mütəxəssislər tərəfindən “BadPower” adlandırılıb. Belə ki, hakerlər devaysın müdafiə proqramından yan keçərək, sürətli şarjı dəstəkləyən istənilən smartfona uzaqdan qoşula bilirlər.

Bir çox digər zəifliklərdən fərqli olaraq, “BadPower” şəxsi məlumatların oğurluğu ilə deyil, telefona fiziki hücumla bağlıdır. Hücumçular şarjda olan cihaza daxil olaraq, batareyaya həddən artıq güc tədarükünə səbəb olurlar. Nəticədə, smartfon isinməyə başlayır və yanır.

Mütəxəssislər səkkiz fərqli markadan olan 35 sürətli şarj cihazını sınayıblar və onlardan 18-nin bu cür hücumlara həssas olduğunu təsbit ediblər.

“BadPower”dən qorunmaq üçün mütəxəssislər mütəmadi olaraq smartfonların təminat proqramlarını yeniləməyi və mümkün qədər digər insanların şarj cihazlarından istifadə etməməyi məsləhət görürlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR