Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Yeni Azərbaycan valutası..

Yeni Azərbaycan valutası..

Tarix: 24-10-2019, 18:52

Mərkəzi Bank BDU-nun 100 illiyinə pul nişanı buraxdı

Mərkəzi Bank BDU-nun 100 illiyinə pul nişanı buraxdı
2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü tamam olur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə AMB nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanını tədavülə buraxıb.
Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir. Pul nişanı Böyük Britaniyanın "The Royal Mint" şirkətində beynəlxalq standartlara uyğun "Pruf" texnologiyası əsasında istehsal edilmişdir.
BDU-nun 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Universitetin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.
Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.
Mərkəzi Bank BDU-nun 100 illiyinə pul nişanı buraxdı





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR