Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Dekabrın 6-na olan hava proqnozu

Dekabrın 6-na olan hava proqnozu

Tarix: 5-12-2019, 13:01

Bakıda və Abşeron yarımadasında dekabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 6-da havanın əsasən yağmursuz olacağı, lakin Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR