Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

Tarix: 17-02-2021, 11:50

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 17-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində bəzi yerlərə yağış, Qrız, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb.

Düşən yağışın miqdarı Mingəçevirdə 9, Biləsuvarda 6, İmişlidə 5, Lənkəranda 4, Ceyrançöl, Göyçayda 3, Şəmkir, Tovuz, Şəki, Mərəzə, Tərtər, Zərdab, Kürdəmir, Yardımlı, Lerik, Şahdağ, Astarada 2, Ağdərə (Ordubad), Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağdam, Balakən, Zaqatala, Quba, Kişçay (Şəki), Neftçala, Cəfərxan, Sabirabad, Beyləqan, Bərdədə 1mm, Bakı, Binə, Sumqayıtda isə 1mm-dək olub.

Şimal-qərb küləyinin sürəti Xınalıqda 28, Tərtərdə 23, Naftalan, Neftçalada 20, Salyanda 18, Qrızda 16, Abşeron yarımadası və Bakıda 17, Pirallahı, Çilov adası, Neft Daşlarında 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR