Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Hakerlər yalançı zəlzələ yarada bilərlər

Hakerlər yalançı zəlzələ yarada bilərlər

Tarix: 22-02-2021, 08:41


Afina Milli Rəsədxanasının alimləri seysmik nəzarət cihazlarında hakerlərin istifadə edə biləcəkləri əhəmiyyətli təhlükəsizlik boşluqlarının olduğunu aşkar ediblər.

“EADaily” portalının məlumatına görə, rəsədxananın professoru Mixael Samiosun sözlərinə görə, hakerlər bu cihazlara daxil ola və zəlzələyə səbəb olan dalğaların intensivliyi barədə sistemə yalan məlumatlar ötürə bilərlər.

“Şifrələnməmiş məlumatlar, etibarsız protokollar və zəif istifadəçi identifikasiyası mexanizmləri seysmoloji şəbəkələri kiber hücumlara qarşı həssas edən təhlükəsizlik məsələlərindəndir”, - deyə yunan alimi bildirib.

Onun sözlərinə görə, laboratoriya təcrübəsində alimlər zəlzələnin intensivliyini əhəmiyyətli dərəcədə dəyişdirərək dalğaları idarə edə biliblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR