Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Çilidə “Molotov kokteyli” ataraq qadın polislər diri-diri yandırdılar - FOTO

Çilidə “Molotov kokteyli” ataraq qadın polislər diri-diri yandırdılar - FOTO

Tarix: 6-11-2019, 00:05

Çilidə “Molotov kokteyli” ataraq qadın polislər diri-diri yandırdılar - FOTO

Çilinin paytaxtı Santiaqoda baş verən etiraz aksiyaları toqquşmalarla nəticələnib.
Etirazçılar qadın polislərə “Molotov kokteyli” atıblar və polislər diri-diri yanmağa başlayıb.
Beləliklə, etiraz aksiyası polislə qarşıdurmaya çevrilib. Qadın polislərdən birinin boyun, digərinin baş hissəsi yanıb.
Onlara kişi polis əməkdaşları kömək edərək yanğını söndürməyə çalışıb. Hazırda minimum altı polisin “Molotov kokteyli” atılması səbəbindən yaralandığı bildirilib.
Etiraz aksiyaları metroda gediş haqqının artırılması ilə başlayıb, daha sonra isə bir neçə şəhərə yayılan etiraz hakimiyyətə qarşı yönəlib.
Aksiyalar zamanı 23 nəfər ölüb, 1218 nəfər yaralanıb.
Polis 9203 nəfər aksiyaçını saxlayıb.
Ölkə prezidenti xalqın iqtisadi problemlərini görə bilmədiyi üçün üzr istəyib, vətəndaşlara yardım paketi sistemi yaradıb və səkkiz naziri işdən çıxarsa da, etirazlar səngiməyib.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR