Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

Soba seçərkən nələrə diqqət etmək lazımdır?

Soba seçərkən nələrə diqqət etmək lazımdır?

Tarix: 17-03-2021, 10:15

“Kimin şəkərburası daha gözəl naxış tutub?”, “Kimin paxlavası daha parlaqdır?”, yaxud “Kimin qoğalı daha yaxşı xırçıldayır?” – Novruz bayramı ərəfəsində qadınlar arasında məhz bu suallar ətrafında qızğın mübarizə gedir. “Ən dadlı bayram şirniyyatı” müsabiqəsində yarışan qadınlar əsas fikri ərzaqların doğru seçilməsinə versə də, bəzən bir amili unudurlar. Yanlış seçilmiş soba ən yaxşı ərzaqları korlaya və əziyyətinizi heç edə bilər. Kontakt Home-la birgə hazırladığımız bu məqalədə “Soba seçərkən nələrə diqqət etmək lazımdır?” sualına cavab tapacağıq. Başlayaq…
QAZ VƏ YA ELEKTRİK SOBASI?
Yaxın vaxtlaradək mətbəxdə qaz sobasına üstünlük verilməsinin əsas səbəbi kommunal xərclərə qənaət etmək hesab olunurdu. Axı təbii qaz elektrikə nisbətən daha ucuz başa gəlir. Lakin müasir elektrik sobalarının çoxu enerjiyə qənaət siniflərinə aid olduqları üçün, əvvəlki sobalar kimi el dili ilə desək, “çox işıq yazmır”. Əgər siz şirniyyat mağazası işlətmirsinizsə, o zaman elektrik sobası üzrə xərcləriniz nəzərəçarpacaq qədər çox olmayacaq.
Qaz sobalarında bişirmə prosesi sobanın üst və alt panellərində yerləşdirilmiş xüsusi qaz konforlarından çıxan təbii qaz hesabına həyata keçirilir. Belə sobalarda yan divarlardan isitmə olmadığı üçün bişirmə prosesi boyunca bir neçə dəfə sobanın qapısını açıb tavanın istiqamətini dəyişmək lazım olur. Bişirmə zamanı tez-tez sobanın qapısının açılması isə şirniyyatın lazımi qədər şişməsinə mane olur və qurumasına səbəb olur. Elektrik sobaları bu mövzuda daha əlverişlidirlər. Çünki bu sobalarda bişirmə üst və altdan əlavə, həm də sobanın yanlardan baş verir. Belə olan halda, istilik soba daxilində bərabər şəkildə sirkulyasiya edir, tavanı bişirmə prosesi boyunca çevirməyə ehtiyac qalmır. Nəticədə şirniyyatın üzəri bərabər şəkildə qızarır, proses boyu sobanın qapısının açılmaması sayəsində həm də daha çox qabarır. Əlavə nəzarətə ehtiyac qalmadığından, vaxtımıza da qənaət etməyə imkan yaradır.
Oxumağa dəyər:   ABŞ kəşfiyyatı: Rusiya və İran ABŞ-dakı seçkilərin nəticələrini təsir etməyə çalışıbQURAŞDIRILMIŞ SOBA, MİNİ SOBA VƏ YA SOLO SOBA?
Sobanın qaz və ya elektrikli olmasına qərar verdiksə, gəlin digər funksionallıqlarına və mətbəxdəki yerinə görə növləri ilə tanış olaq və yekun seçimimizdə qərarlaşaq. Sobalar mətbəxdəki yerləşməsinə və funksionallığına görə quraşdırılmış, mini (avtonom) və solo (müstəqil) soba növlərinə bölünür.

Quraşdırılmış sobalar – az yer tutur və asanlıqla mətbəx dizaynına montaj olunur. Belə sobalar solo sobalardan fərqli olaraq lazımi temperatura daha tez çatır. Çoxfunksiyalı quraşdırılmış sobaları adətən 4 qızdırıcı elementə və isti havanı bərabər paylayan ventilyatora, eyni zamanda bir neçə işləmə rejiminə (konveksiya, qril, defrost, sürətli hazırlama və s.) sahib olurlar. Quraşdırılmış sobalar arasında Bosch və Electrolux brendlərinin sobaları xüsusilə sevilirlər. Ən sevilən modellərdən sizə Electrolux OEF5C50X modelini tövsiyə edə bilərik. Modelin 8 iş rejimi var. Eyni anda 2 tavada bərabər şəkildə bişirmək mümkündür. Taymerli sensor displeyi hazırlanan təamların bişirilmə vaxtına dəqiq nəzarət etməyə imkan verir. Katalitik təmizləmə funksiyası hesabına soba xüsusi rejimdə özü-özünü təmizləyir.
Bosch HBG655NB1 də ən populyar quraşdırılmış soba modelləri sırasındadır. Modelin 13 iş rejimi var. “4D Hotair” – funksiyası hesabına 4 tavada eyni anda bərabər bişirmək olar. “AutoPilot 10” – rejimi hesabına öncədən təyin olunmuş 10 avtomatik proqramdan birini seçərək müvafiq yeməyi əlavə nəzarət olmadan tez bir zamanda hazırlaya bilərsiniz. Əgər evinizdə balaca uşaq varsa, Bosch-un bu sobasını xüsusən bəyənəcəksiniz. Çünki bu sobada bişirmə funksiyalarından əlavə, həm də uşaq kilidi rejimi də mövcüddur.
Oxumağa dəyər:   "Ermənilər əllərinə keçəni çaylara axıdır"
Solo və ya müstəqil sobaları – mətbəxdə istənilən yerə qoymaq olar. Solo sobalar həm qazla, həm də elektriklə işləyən növlərə ayrılır. Bu tip sobalar quraşdırılmış sobalara nisbətən daha uyğun qiymətə olur. Qazla işləyən solo soba nümunəsi olaraq Hoffmann G745S modelini qeyd etmək olar. Qiymət/keyfiyyət nisbətində bu soba bazarda ən çox satılan modellər siyahısında gedir. Kontakt Home-da bu sobanı nağd alışda 299 manata ala bilərsiniz.
Elektriklə işləyən solo soba nümunəsi kimi sizə Gorenje K6241WD modelini tövsiyə edə bilərik. Sobanın elektrikli olmasına baxmayaraq, üzərinə quraşdırılmış plitə qazla işləyir. Bu da istədiyiniz zaman qazdan və ya elektrikdən istifadə etmə imkanı yaradır. Cihazın digər üstünlüyü qaz təhlükəsizlik kontrolu rejiminin olmasıdır. Bu funksiya hesabına zəif qaz axını zamanı cihaz avtomatik olaraq qapanır. Beləliklə, qaz sızması təhlükəsi aradan qalxır.

Mini və ya avtonom sobalarının – yüngül və daşına bilən olması ən əsas üstünlükləridir. Məsləhət verərdik ki, bu növ sobaları sinə səviyyəsində quraşdırasınız. Belə halda siz sobada olan təamı yoxlamaq üçün əyilməli olmayacaqsınız. Üstəlik mini sobaları asanlıqla özünüzlə bağ evinə də apara bilərsiniz. Belə sobaların əlavə funksiyaları onları daha da dəyərli edə bilir. Məsələn, Hoffmann M4650 model mini sobasında qril və pizza hazırlama rejimləri var. Defrost funksiyası hesabına həm də buzlu məhsulların asanlıqla donunu aça bilərsiniz. Bazardakı əksər mini sobalardan fərqli olaraq konveksiya funksiyası var. Bu funksiya hesabına istilik soba daxilində bərabər şəkildə sirkulyasiya edir, bununla da tam bərabər şəkildə bişirilmə təmin olunur. Əgər bu qədər funksional sobaya ehtiyacınız yoxdursa və daha büdcəli model axtarışındasınızsa, o zaman sizə Hoffmann M3540 modelini tövsiyə edə bilərik. Kontakt Home-da bu sobanı nağd alışda endirimlə cəmi 89 manata əldə edə bilərsiniz. Üstəlik çox sərfəli qiymətinə rəğmən, 4 rejimli bu sobanın qril funksiyası da mövcuddur.
Oxumağa dəyər:   ATƏT sədri Ermənistanın XİN başçısı ilə görüşübKontakt Home-da Bosch, Electrolux, Samsung, Gorenje, Hoffmann, Hansa və Panasonic brendlərinin geniş soba çeşidləri 3 ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunub. Əldə etmək üçün sizə ən yaxın Kontakt Home mağazasına yaxınlaşa və ya kontakt-az saytından onlayn sifariş verə bilərsiniz.
Xatırladaq ki, 19-29 mart tarixlərində Kontakt Home-da hər növ məhsulu nağd alışda 50%-dək endirimlə əldə edə biləcəksiniz. Taksit kartınız varsa, endirimli qiyməti 18 ayadək faizsiz hissələrə bölmək imkanınız olacaq. Həmçinin kredit kampaniyası çərçivəsində sobaları və digər məişət texnikasını ilkin ödənişsiz, 18 ay faizsiz şərtlərlə ala bilərsiniz.
Soba seçimindən asılı olmayaraq, qoy bu bayram hər evdən bayram şirniyyatının qoxusu gəlsin! Sevindirən şəbəkəniz olan Kontakt Home qarşıdan gələn Novruz bayramınızı təbrik edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR