Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Brilliant Dadaşovanın bacısı oğlu həbs edildi

Brilliant Dadaşovanın bacısı oğlu həbs edildi

Tarix: 6-10-2021, 18:00


Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib.

Mediabiz.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğluna hökm oxunub.

Hakim Siyavuş Hacıyevin hökmü ilə Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib.

Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR