Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Azərbaycanda bağça müdirinə cinayət işi AÇILDI

Azərbaycanda bağça müdirinə cinayət işi AÇILDI

Tarix: 12-10-2021, 10:07


Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılmışdır.

Şirvan şəhər prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırma ilə qeyd edilən körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR