Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Bakının mərkəzindəki bazarda qadına qarşı CİNAYƏT

Bakının mərkəzindəki bazarda qadına qarşı CİNAYƏT

Tarix: 31-01-2022, 10:38

Bakıda bazarda satıcı qadına qarşı soyğunçuluq edilib.

Bu barədə Mediabiz.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 29-da paytaxtın Nəsimi rayonu ərazisindəki bazarda bir nəfər oradakı satıcı qadının əlindən 140 manat pulunu açıq talama yolu ilə talayıb.

Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının çevikliyi və opertaivliyi nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən həmin şəxs saxlanılıb.


Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş R.Mustafayev olduğu müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR