Son Xəbər: İlham Əliyev: Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular, Netanyahu: İsrail müdafiə sənayesinin inkişafına 108 milyard dollar yatıracaq, Mixeil Kavelaşvili: Ölkələrimiz arasında əməkdaşlıq davamlı sülhün təşviqi üçün təməl rolunu oynayır, Güclü külək əsəcək, leysan və qar yağacaq - XƏBƏRDARLIQ, İsrail Livana hava zərbələri endirib, İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib - YENİLƏNİB, Rusiyanın dron hücumları Ukraynanın neft obyektlərinə ciddi ziyan vurub, Həftəsonu məktəblərdə dərs olacaq? - Nazirlik açıqladı, “Fənərbaxça” prezidenti Sadettin Saranın narkotik testi pozitiv çıxıb, AQEM-in baş katibi Prezident İlham Əliyevi təbrik edib,

DGK əməkdaşlarının həbsi ilə bağlı məlumatlara aydınlıq gətirdi

DGK əməkdaşlarının həbsi ilə bağlı məlumatlara aydınlıq gətirdi

Tarix: 16-02-2022, 16:17

Ötən gün bəzi saytlarda və sosial şəbəklərdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda xüsusi əməliyyatın həyata keçirildiyi və gömrük əməkdaşlarının həbs olunduğu barədə əsassız məlumatlar yayılıb.

Bu barədə Mediabiz.az Komitənin məlumatına istinadən xəbər verir.

Komitə bildirir ki, yayılan məlumatda hətta guya həbs olunan əməkdaşların DGK rəhbərliyi ilə qohumluq əlaqələrinin olduğu iddiası ilə təxəyyül məhsullarını özündə ehtiva edən informasiyalar tirajlayıblar.

Komitədən qeyd edilib ki, gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffafliğin təmin olunması, korrupsiya və digər qanunazidd əməllərin qarşısının alınmasıdır: “Son 4 ildə bu istiqamətdə nəzarət və mübarizə tədbirləri gücləndirilməklə yanaşı, mütəmadi olaraq gömrük əməkdaşları ilə profilaktik işlər aparılır, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları müstəqil olaraq, eyni zamanda aidiyyəti digər dövlət orqanları ilə birlikdə xüsusi əməliyyatlar keçirir və bu barədə ictimaiyyət ətraflı məlumatlandırılır”.

Bildirilir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən növbəti əməliyyat tədbiri Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda həyata keçirilib və hazırda Komitənin aidiyyəti strukturları tərəfindən aparılan müvafiq araşdırmalar davam etdirilir.

DGK bir daha vətəndaşlara və sahibkarlara müraciət edərək gömrük sistemində qarşılaşdıqları hər hansı qanunsuzluq, korrupsiya və rüşvət halları ilə bağlı kimliyindən və rütbəsindən asılı olmayaraq Komitəyə və ya digər hüquq-mühafizə orqanlarına məlumat verməyi xahiş edir.

O cümlədən, hər kəsi Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı yanlış məlumatlar yaymamağa, gömrük orqanlarınn fəaliyyətinə kölgə salmamağa çağırırıq. Xatırladaq ki, qanunun tələblərinə əməl etməmək qanun qarşısında məsuliyyət yaradır, deyə Komitənin məlumatında deyilir.








RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR