Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Baş Prokurorluqdan kütləvi məzarlıqlarla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan kütləvi məzarlıqlarla bağlı AÇIQLAMA

Tarix: 1-03-2022, 21:54

Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı istintaq aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  bildirilib ki, qeyd edilən faktla bağlı hazırda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsi tərəfindən mövcud cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Xatırladaq ki, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb.

Belə ki, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib. Burada Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilən 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub.

Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR