Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Tərtərdə qoyun otaran şəxs MİNAYA DÜŞDÜ

Tərtərdə qoyun otaran şəxs MİNAYA DÜŞDÜ

Tarix: 9-04-2022, 16:01

 
Tərtərdə mina partlayışı olub.

Apa  xəbər verir ki, Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Çaylı kəndi ərazisində qoyun otararkən minaya düşüb.

Xəsarət alan E. Həsənov Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Apa




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR