Son Xəbər: Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib, Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur, Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb - BİRGƏ MƏLUMAT, Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib, "Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər, Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var, Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq", Sabah 23 dərəcə isti olacaq, Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb,

Azərbaycanda vəzifəli şəxs saxlanıldı - YENİLƏNİB + RƏSMİ

Azərbaycanda vəzifəli şəxs saxlanıldı - YENİLƏNİB + RƏSMİ

Tarix: 18-04-2022, 17:57

 

Göyçay rayonu ərazisində qanunsuz tikinti-quraşdırma işlərinin aparılması və digər qanun pozuntusu faktları ilə əlaqədar daxil olmuş vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır.

Bununla bağlı Göyçay Rayon Prokurorluğu məlumat yayıb. 

Aparılmış istintaq tədbirləri ilə hazırda Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şükürov Rəşad Əlibala oğlunun İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyərkən rəhbərlik etdiyi struktur qurumun digər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsinin üzvləri ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək öz xidməti otağında onlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında  Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

10:46

Göyçay rayonunda vəzifəli şəxs saxlanılıb. 

Oxu.Az-ın məlumatına görə, Göyçay Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidməti faktı saytımıza təsdiq edib. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR