Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Avtoşluq edən əsgər barəsində cinayət işi başlanıb - RƏSMİ

Avtoşluq edən əsgər barəsində cinayət işi başlanıb - RƏSMİ

Tarix: 25-05-2022, 21:00

 

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tərk etməsi barədə toplanmış müvafiq materiallar Hərbi Prokurorluğa daxil olduqdan sonra araşdırma aparılıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə müvafiq inzibati xətaların törədilməsinə dair kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış görüntülərlə əlaqədar qanunauyğun tədbirlərin görülməsi qanunvericiliyin tələblərinə əsasən aidiyyəti qurumlar tərəfindən təmin olunur.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR