Son Xəbər: İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ, Putin yenə Qarabağdan danışdı, Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq, Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb, İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib, "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb, Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir, İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib, Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək, Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq,

Prokurorluq Taleh Xasməmmədova XƏBƏRDARLIQ ETDİ

Prokurorluq Taleh Xasməmmədova XƏBƏRDARLIQ ETDİ

Tarix: 19-09-2022, 13:11

 

Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən erməni təxribatlarının qarşısının qətiyyətlə alındığı həssas bir dönəmdə müxtəlif sosial şəbəkələrdə Azərbaycan ordusu və hərbçilərinin nüfuzdan salınması istiqamətində təxribat xarakterli müxtəlif məlumatların paylaşılması müşahidə edilməkdədir.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

Bu qəbildən olan informasiyaların təhlili zamanı Xasməmmədov Taleh Vidadi oğlunun “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabında 16.09.2022-ci il tarixdə paylaşdığı Ermənistanla sərhəddə baş vermiş silahlı təxribatın qarşının alınması zamanı cari ilin 13 sentyabr tarixində şəhid olmuş, əslən İmişli rayonundan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından birinin atasının oğlunun xidmətə qəbul edilməsi üçün 3000 manat pul verməsi barədə paylaşımı müəyyən edilib.  Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı Taleh Xasməmmədov qeyd edilən məlumatı sosial şəbəkədə oxuyaraq öz hesabında paylaşdığını, həqiqətdə isə belə adam tanımadığını,əlavə məlumatının olmadığını bildirib.

Eyni zamanda, 2022-ci ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarından şəhid olmuş hərbi qulluqçulardan İmişli rayonunda yaşayan və ya qeydiyyatda olan hərbi qulluqçunun olmadığı müəyyən edilib.

Taleh Xasməmmədovun Azərbaycan ordusu ilə bağlı dəqiqləşdirilməmiş informasiyaları yaymasının qanunsuz xarakteri diqqətinə çatdırılaraq, ona qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR