Son Xəbər: Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib, Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur, Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb - BİRGƏ MƏLUMAT, Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib, "Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər, Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var, Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq", Sabah 23 dərəcə isti olacaq, Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb,

Prokurorla polisin 20 il əvvəl törətdiyi cinayətin üstü açılıb – Məhkəmə başladı

Prokurorla polisin 20 il əvvəl törətdiyi cinayətin üstü açılıb – Məhkəmə başladı

Tarix: 25-10-2022, 20:38

 

20 il əvvəl Bakıda əcnəbilərdən rüşvət almaqda təqsirləndirilən prokuror və polis barəsində açılmış cinayət işi üzrə məhkəmə başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə proses start götürüb

Məhkəmədə məlum olub ki, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və Yasamal Rayon Polis İdarəsinin 28-ci Bölməsinin əməkdaşı, baş leytenant Ramin Talıbovla əlbir olaraq Bakıda yuyucu toz məmulatları satışı ilə məşğul olan Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb. Belə ki, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov, polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətdə qəfil yoxlama keçirib. Onların yararsız yuyucu tozlar satdığı aşkar olunub. Prokuror və polis əməli ört-basdır etmək müqabilində onlardan rüşvət alıb. Bir müddət sonra rüşvət faktının üstü açılıb. S.Kərimov prokurorluq orqanlarından xaric olunub. Faktla bağlı S.Kərimov və R.Talıbov barəsində cinayət işi başlanıb. Lakin iş başlananda artıq Samir Kərimov ölkəni tərk etmiş olub. Buna görə də istintaq dayandırılıb. Samir Kərimov barəsində axtarış elan edilib, polis zabiti isə zaminə buraxılıb.

20 il sonra, yəni ötən il 62 yaşında olarkən Samir Kərimov Bakıya qayıdıb. O, ölkəyə giriş edən kimi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İndi keçmiş prokuror həbsdədir. R.Talıbov isə polisin nəzarəti altına verilməklə azadlıqda qalıb. Hazırda məhkəmə araşdırması davam edir.

Məhkəmədə məlum olub ki, sabiq Baş prokuror Zakir Qaralovun Samir Kərimovla yaxşı münasibətləri olub. Hindistanlıların işlətdiyi şirkət isə sabiq baş nazir Artur Rəsizadənin birinci müavini olmuş Abbas Abbasovun oğlu Aydın Abbasovun olub.

Məhkəmə oktyabrın 31-də davam etdiriləcək.

“Qafqazinfo” 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR