Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Yevlaxda ərin arvadını öldürməsi ilə bağlı cinayət işi başlanıb

Yevlaxda ərin arvadını öldürməsi ilə bağlı cinayət işi başlanıb

Tarix: 19-11-2022, 13:56

 
Noyabrın 19-u saat 06 radələrində 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon prokurorluğundan  verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1993-cü il təvəllüdlü Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR