Son Xəbər: Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır, Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər, Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib, Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq, İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir, DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb, Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib, Bakının bir sıra yollarında tıxac yaranıb,

İntim videoları yayılan FHN zabitinin daha bir cinayət əməli ÜZƏ ÇIXDI

İntim videoları yayılan FHN zabitinin daha bir cinayət əməli ÜZƏ ÇIXDI

Tarix: 22-12-2022, 12:19

 Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevin daha bir cinayət əməli üzə çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, o, Xidmət rəisi Füzuli Əsədovla qohumluq münasibətlərindən istifadə edərək Biləsuvar sakini Murad Qəfərzadəyə Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon şöbəsində işə qəbul etdirəcəyinə dair vəd verib. İş yoldaşı A.Nəsirova vasitəsilə 2019-cu ilin ortalarında Muradın atası Şahəddin Qəfərovdan 10 min manat pul alıb. O, Xidmət rəisinin qərarına təsir etmək imkanlarından istifadə etməklə Murad Qəfərzadəni bu vəzifəyə təyin etdirə biləcəyini deyib. Pulu aldıqdan sonra işə qəbulla bağlı sənədləri Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinə təqdim edib. Daha sonra M.Qəfərzadə həqiqətən də yanğınsöndürən kimi işə qəbul olunub.

Murad Qəfərzadənin atası Şahəddin Qəfərov dindirilmə zamanı Zaur Mirzəyevə çatdırılması üçün pulu onun dediyi şəxsə verdiyini etiraf edib. Z.Mirzəyev isə sözügedən ittihamları qəbul etmir. 

Bu əmələ görə, FHN polkovnikinin ittiham olunduğu maddələr arasına Cinayət Məcəlləsinin 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi də əlavə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, Zaur Mirzəyev FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun əmisi qızı ilə evlidir. F.Əsədov isə keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR