Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Azərbaycanda kişini girov götürüb pul istədilər

Azərbaycanda kişini girov götürüb pul istədilər

Tarix: 6-01-2023, 16:37

Astara sakinini döyüb pul tələb ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 5-də Astara rayon Polis Şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəş açmaqda şübhəli bilinən rayon sakinləri R.Məlikov və əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıblar. R.Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

A.Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Vəliyevin, A.Əliyevin və Y.Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun idarə etdiyi “BMW” avtomobildə sonuncunun evinə aparmalarını bildirib. Onun sözlərinə görə, həmin evdə onu döyərək 10000 manat pul gətirməsini tələb ediblər və pulu gətirməsi üçün saat  2 radələrində buraxıblar.

Keçirilən tədbirlərlə A.Vəliyev, A.Əliyev, Y.Kərimov və R.Bağırov saxlanılıblar. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı Astara rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR